Haqqımızda

About

«Ansar LTD» ilk olaraq 2007-ci ildə nəqliyyat icarəsi sektorunda fəaliyyətə başlamışdır. Peşəkar əməkdaşlar və yüksək xidmət sayəsində qısa müddət ərzində uğur qazanaraq bir çox böyük layihələrə imza atmış və fəaliyyətini genişləndirmişdir. 2015-ci ildən «Ansar LTD»  turizm şirkəti olaraq fəaliyyətini davam etdirir və qısa zamanda turizm sahəsində özünü təsdiqləmişdir. Şirkətimiz ölkəmizə səfər edən qonaqlara daxili tur paketlər təqdim etməklə yanaşı onları Azərbaycanın zəngin tarixi və rəngarəng təbiəti ilə tanış edir. Səfərlər ərzində qonaqlarımız komfortlu nəqliyyat və yüksək servislə təmin olunurlar.

2017-ci ildə IATA BEYNƏLXALQ TƏŞKİLAT-nın üzvü seçildikdən sonra «Ansar LTD» fəaliyyət dairəsini genişləndirərək xarici turizm sektoruna uğurlu giriş etmişdir. Şirkətimiz müştəriləri üçün sərfəli və komfortlu xarici turlar təşkil edir. Dünyanın ən qabaqcıl otelləri və avioşirkətlərlə əməkdaşlıq əlaqələri quran şirkətimiz peşəkar işçi heyətlə müştərilərimizə yüksək xidmət göstərmək üçün daim bütün gücü ilə çalışır. «Ansar ltd» müştərilərimizin səyahətlərini onların istəkləri və tələbləri üzərinə təmin olunmasına zəmanət verir.