Ov Turlari

«Ansar LTD» xaricdən gələn qonaqlar üçün ov və balıqçılıq da daxil olmaqla müxtəlif istirahət növlərinə görə uyğun tur paketlər hazırlayır. Şirkətimiz müştərilərini ov üçün lazım olan lisenziya, nəqliyyat vasitəsi, tərcüməçi, sürücü, bələdçi, silah, gecələmək üçün otel və ya villa, balıqçılıq üçün tilov və digər lazımi avadanlıq və xidmətlərlə təmin edir. Müştərinin rahat istirahət etməsi üçün bütün şərait yaradılır.